Bəxtimiz çox güclü şəkildə gətirdi! Arne Slotdan etiraf

07.03.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Parisdə PSJ-ni 1:0 hesabı ilə məğlubiyyətə uğradan "Liverpul"un baş məşqçisi Arne Slot bu qarşılaşmada komandasının bəxtinin gətirdiyini etiraf edib.

Fanat.Az xəbər verir ki, niderlamdlı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Bizim sadəcə, bəxtimiz gətirmədi... Bəxtimiz çox güclü şəkildə gətirdi! Amma Maykl Cordan dediyi kimi, nə qədər çox çalışarsansa, bəxtin də o qədər gətirir".

Xatırladaq ki, tərəflərin İngiltərədəki cavab görüşü martın 11-də reallaşacaq.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью