“Bəxtimiz gətirdi ki, 3 qol buraxdıq”

09.04.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real”ın futbolçusu Cud Bellingem Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçi 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Müsbət nəticəyə yaxın deyildik. “Arsenal” çox yaxşı oynadıq. Cərimə zərbəsindən iki qol vurdular və bu, onların ustalıq səviyyəsindən xəbər verir. Açığı, daha çox qol vura bilərdilər. Bəxtimiz gətirdi ki, 3 qol buraxdıq”.

Cavab görüşü aprelin 16-da olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью