Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında 17-ci tur başa çatacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək
Öncə "Turan Tovuz" nominal meydan sahibi qismində "Sumqayıt"la qarşılaşıb. Sumqayıtda keçirilən görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların məşqçisi Veliçko Kaplanoviçin oyunla bağlı fikirlərini təqdim edirik:
"İlk hissədəki çıxışımız gözlədiyimizdən zəif alındı. Standart vəziyyətlərdə problemlərimiz oldu, rəqib də bundan istifadə etməyi bacardı. Hətta deyərdim bəxtimiz gətirdi ki belə epizodlardan az qol buraxdıq. İkinci hissəni isə nisbətən yaxşı çıxış etdik. Fərqlənmək üçün bir neçə şansımız da oldu. Belə komandalara qarşı hər iki hissədə daha yaxşı çıxış etmək lazımdır. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".