“Bəxtimiz gətirmədi” İqor Kostyukun Ə CAVABI

13.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İkinci hissədə biz təşəbbüsü ələ keçirdik”.

Bu sözləri “Dinamo Kiyev”in baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının üçüncü təsnifat mərələsinin Bakıda “Qarabağ”la keçirilən oyunundan sonrakı mətbuat konfransında İdman.Biz-in reallaşdırılmayan qol fürsətlərinin oyunun nəticəsinə təsiri barədə sualına cavab verərkən deyib.

“İkinci hissədə üç real qol imkanımız var idi. Lakin bizim ola bilsin bəxtimiz gətirmədi və fürsətlərdən istifadə edə bilmədik”, - Kostyuk bildirib.

Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью