Bəxtiyar Abbasov vəfat etdi

14.03.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Şamaxıda tanınmış həkim vəfat edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.

Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью