Bəxtiyar Aslanbəyli: “BTC boru kəməri normal şəkildə işləyir”

22.08.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri normal şəkildə işini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib

Onun sözlərinə görə, bu kəmərlə nəql edilən Azərbaycan neftinin orqanik xloridlərlə çirklənməsi məsələsi həll olunması uzun məsələdir: “Hazırda boru kəməri ilə neftin nəql edilməsi davam edir. Boru kəməri normal şəkildə işləyir”.

O qeyd edib ki, Bakı-Tbilisi-Ceyhanda çirklənmənin səbəbləri ilə vaxtı gələn zaman məlumat veriləcək: “Rezervuarlarda yoxlama deyil, təmizləmə gedir. Amma çirkənlənmə ilə bağlı problemin həll olunması uzun məsələdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью