Bəxtiyar Əliyevin ikinci övladı oldu

10.11.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee-nin (Bəxtiyar Əliyev) ikinci övladı dünyaya gəlib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. O, qız övladının olduğunu bildirib:

"10 noyabr 2019-cu ildə həyat yoldaşımla tanış olduq və 6-cı ildönümümüz üçün tanrı bizə bir şahzadə bəxş etdi".

Qeyd edək ki, bu, Bahh Tee-nin ikinci evliyidir. İfaçının Səidə adlı xanımla evliliyindən 4 yaşlı qızı da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью