Bəxtiyar Hacıyevin apellyasiya məhkəməsi başlayır

17.02.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 25 də Bakı Apellyasiya Məhkəməsində tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq.

Bu barədə Gununsesi.info-ya onun qardaşı Vüqar Hacıyev bildirib.

Onun sözlərinə görə, Hacıyevin apellyasiya şikayətinə hakim Zamin İbrahimovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Hacıyev ittihamları rədd edib.

Yerli və beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən Bəxtiyar Hacıyevi azad etməsini istəyib.

Elmar

Gununsesi.info

Fevralın 25 də Bakı Apellyasiya Məhkəməsində tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq.

Bu barədə Gununsesi.info-ya onun qardaşı Vüqar Hacıyev bildirib.

Onun sözlərinə görə, Hacıyevin apellyasiya şikayətinə hakim Zamin İbrahimovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью