Bəxtiyar Hacıyevin məhkəməsi yanvarın 6na kimi təxirə salınıb

28.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

İctimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi 2025-ci ilin yanvarın 6-na kimi təxirə salınıb. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib. 

İctimai fəalın bu gün keçirilən məhkəmə prosesində dövlət ittihamçısı onun 11 il azadlıqdan məhrum edilməsini istəyib. 

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) , 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq) , 193-1 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini və ya digər əmlakı leqallaşdırma) , 320.1 (rəsmi sənəd saxtalaşdırma) , 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.
Aytac 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью