Icma.az, Apasport portalına istinadən məlumat verir. “Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan"ın uzun müddət sürən məğlubiyyətsizlik seriyası "Sabah"la matçda qırıldı.
Yəqin ki, oyundan öncə belə ola biləcəyini düşünmürdüz və qələbə haqda fikirləşirdiz... - Oyunun çətin keçəcəyi gözlənilirdi. Belə də oldu.
Məğlubiyyət normal bir şeydir. Nə vaxtsa, olacaqdı. Qeyri-adi nəsə baş verməyib. Bu oyun artıq geridə qaldı, başa çatdı.
İndidən qarşıdakı tur haqda düşünməliyik. Biz də bunu edirik. - "Sabah"la görüşdəki məğlubiyyətin əsas səbəbi nə idi?
Rəqib sizdən daha yaxşı idi, yoxsa şanssızlıq sizə mane oldu? - Əslində, matç heç-heçə də başa çata bilərdi. Qalib gəlməyimiz də mümkün idi.
Bir epizodda "Sabah"ın müdafiəçisi topu ardıcıl iki dəfə boş qapıdan çıxardı. Demək ki, "Sabah"la görüşdə qələbə qismətimizdə deyilmiş.
Rəqibə yarı qol şansı düşdü, onu da vurdu. Bəlkə də, həmin epizodda cərimə zərbəsi vermək olardı.