Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bakı Metropolitenində NFC və QR əsaslı ödəniş sistemlərinin tətbiqində düzgün istifadə məsələsi xüsusi diqqət tələb edir".
Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalardan istifadə imkanları genişlənsə də, bəzi hallarda istifadəçilərin bu sistemləri düzgün tətbiq etməməsi müəyyən problemlərə yol aça bilir.
Bəxtiyar Məmmədov bildirib ki, əvvəllər internet və rəqəmsal həllər geniş yayılmasa da, hazırda bu imkanlar mövcuddur və texnologiyadan düzgün istifadə olunmadıqda bu, ümumi sərnişin axınına təsir göstərə bilər: "Bununla belə, hazırda metropolitendə bu amilin sərnişin hərəkətinə ciddi təsiri müşahidə olunmur.
Artıq NFC, QR-kod və QR-bilet sistemləri ölkədə müxtəlif sahələrdə, xüsusilə də alış-veriş proseslərində geniş tətbiq olunur və əhali bu texnologiyalara böyük ölçüdə öyrəşib.
Bu səbəbdən metropolitendə də ciddi çətinliklər qeydə alınmır. Lakin metro fərqli mühitdir.
Burada əsas məsələ yalnız texnologiyanın tətbiqi deyil, onun düzgün və vaxtında istifadəsidir.