Bəxtiyar Soltanov bu komandada oynayan məşqçi olacaq

10.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən mövsüm Region Liqasında "Marafon"da çıxış edən Bəxtiyar Soltanovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı forvard "Şirvan"a transfer olunub.

Son illərdə "Cəbrayıl"da və "Marafon"da oyunayan məşqçi kimi çıxış edən Soltanov yeni klubunda da eyni statusda forma geyinəcək.

Qeyd edək ki, "Şirvan" ötən mövsüm debütantı olduğu 2-ci Liqanı 4-cü yerdə başa vurub. Bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramovdur.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью