Bəxtiyarın “elçisi” var

03.06.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Araz-Naxçıvan”la yollarını ayıran Bəxtiyar Həsənalızadə karyerasına Azərbaycanda davam edəcək.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ” müdafiəçinin xidmətində maraqlıdır. Yeni mövsüm üçün təcrübəli futbolçuların da yer aldığı komanda formalaşdırmaq istəyən “qırmızı-qaralar” müdafiə xəttini Həsənalızadə ilə gücləndirmək niyyətindədir.

33 yaşlı müdafiəçi “Araz-Naxçıvan”dan öncə Azərbaycanda “Zirə” və “Sumqayıt”ın formasını geyinib. O, 2023/24 mövsümündə Türkiyədə “Beykoz Anadolu”da çıxış edib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью