“Bəy hamamı”nda yanğın oldu

25.11.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью