Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən Süleymanova Nigar Zaur qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş şəxs qismində "Bəyaz Diş Gənclik" klinikası tanınıb.
Hazırlıq iclasında hakim təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, rusdilli olan 25 yaşlı Nigar Süleymanova universitet tələbəsidir.
Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində vəkil Vüqar Əliyev iştirak edib.
Təqsirləndirilən şəxsin vəkili qismində Səlahəddin Cəfərov iştirak edib.
Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Vüqar Əliyev təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib.