Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu gwn g[rk'mli ABŞ yazıçısı Ernest Heminqueyin doğum günüdür.
Kulis.az onun "Bəyaz fillər" hekayəsini təqdim edir. Ebro vadisinin o üzündəki təpələr uzun və bəyaz idi.
Bu biri tərəfdə isə nə ağac, nə də bir kölgə vardı, buna görə də iki dəmir yolunun arasında qalan stansiya şaxıyan günəş şüaları altda qovrulurdu.
Təkcə binanın böyründə ilıq bir kölgəlik vardı, barın açıq qapısından isə bambuk çubuqlarından hörülü bir pərdə asılmışdı.
Amerikalı kişi yanındakı cavan xanım ilə bina kölgəsinə qoyulmuş masa arxasında əyləşmişdi. Hava yaman bürkülü idi.
Barselonadan gələcək sürət qatarı qırx dəqiqəyə buraya çatasıydı.
Bu stansiyada ikicə dəqiqə durandan sonra o, Madridə doğru yoluna davam edəcəkdi.
(Ebro - Pireney yarımadasının şimal-şərqində axan və İspaniyanın ən gur sulu çayıdır - A.Y.) Şlyapasını çıxarıb, masanın üstünə qoyan qız soruşdu: - Nə içək, görəsən?