“Beyaz Show” ekrana qayıdır

13.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur televiziya siması Beyazıt Öztürk təqdim etdiyi yarışma proqramında tamaşaçıları sevindirən açıqlaması ilə diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı uzun illər ekranların sevilən layihəsi olan əfsanəvi "Beyaz Show"un yenidən yayıma qayıdacağını bildirib. O, bu barədə danışarkən proqramın davamı ilə bağlı müsbət mesaj verib:

"İllərlə 'Beyaz Show'u çəkdim. Davam etsinmi? O da olacaq, bu da olacaq", - deyə Beyazıt Öztürk layihənin yeni bölümlərlə geri dönəcəyinə işarə edib.

Bu açıqlama sosial şəbəkələrdə və tamaşaçılar arasında böyük maraqla qarşılanıb. Uzun fasilədən sonra "Beyaz Show"un yenidən efirə qayıtması televiziya izləyiciləri üçün nostalji vəd edir.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью