Beyaz Şou qayıdır: Təfərrüatlar açıqlandı

24.02.2025

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda “O Ses Türkiye”də münsif kürsüsündə əyləşən Beyazıt Öztürk bir neçə ay əvvəl “Beyaz Şou”nun ekranlara qayıdacağını açıqlamışdı. Yeni mövsümdə tamaşaçılarla görüşü gözlənilən proqramla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Kulis.az xəbər verir ki, "Gel Konuşalım"da gedən xəbərə görə, "Beyaz Şou" sentyabrda başlayacaq.

Beyazıt Öztürklə telefonla danışan Ece Erken son məlumatı bölüşüb:

"Telefonda danışdıq. "Beyaz Şou" ilə bağlı yeni məlumatlar var. Beyaz yayda çəkilişlərə başlayır. Sentyabrda yayımlanacaq. 12-13 bölüm üçün razılaşıblar, hamısı lentə alınacaq. Deyəsən, qərarlıdırlar".

Xalq yazıçısı Anarın yeni kitabı çap olunub Məşhur aktyor vəfat etdi “Səməd Vurğun xain olub!” - Niyə onu müdafiə edirsiniz?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью