Bəyazın “Şeylər” sərgisi açıldı

23.01.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"İGA İstanbul Hava Limanı"nda "İGA ART" layihəsi çərçivəsində Bəyazit Öztürkün “Şeylər” adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, heykəl və keramika işlərini əhatə edən sərgi, hava limanında unudulan əşyalar üzərindən yaddaş, zaman və yolçuluğun insani tərəflərini ön plana çıxarır.

Mark Qrafın kuratoru olduğu layihə, hava limanlarını yalnız keçid məkanı deyil, insan hekayələrinin toplaşdığı bir yaddaş sahəsi kimi təqdim edir.

Açılışda çıxış edən sənətçi bildirib ki, əsərlərində unudulanları “yaddaşın mərkəzinə” yerləşdirməyi məqsəd seçib.

Qeyd edək ki, sərgi "İGA ART"ın sənəti ictimai məkanda hər kəs üçün əlçatan etmək missiyasının bir hissəsidir.

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində "Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı? Qripin kar elədiyi görkəmli heykəltaraşımız
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью