Bəydən gəlinə maraqlı hədiyyə VİDEO

15.11.2024

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Bəydən gəlinə maraqlı hədiyyə - VİDEO

Filippində keçirilən toyda bəyin gəlinə taxdığı maraqlı pul boyunbağı sosial şəbəkələrdə yayılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, görüntülərdə bəyin çamadanından xalça boyda əskinasları çıxararaq gəlinin boynuna taxdığı görünür.

1 milyon Filippin pesosu (təxminən 17 min dollar) dəyərində əskinas silsiləsi toyun ən diqqət çəkən məqamlarından biri olub. Video sosial mediada böyük marağa səbəb olub, 41,2 milyon baxış və 4,8 milyon bəyənmə toplayıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью