GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Bəyimxanım Vəliyevaya dosent elmi adı verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı açıqlanıb.
“05.03.2026-cı il tarixli qərarla Bəyimxanım Vəliyeva elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin Musiqi sənəti ixtisası üzrə Dosent elmi adı verilib.
Martın 19-u Ali Attestasiya Komissiyasında komissiyanın sədri elmlər doktoru, professor Famil Mustafayev tərəfindən iclas keçirilərək diplomların təqdimetmə mərasimi baş tutub.