Olke.az saytına istinadən Icma.az xəbər verir. Meksikada keçirilən toy mərasimi zamanı gəlin Aleksandra kasıb olduğu üçün bəyin ailəsinin hü
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Sonora əyalətinin Ciudad Obreqonda bölgəsində baş verib.
Bəyin ailəsi zəngin olduğu üçün oğlanlarının kasıb qızla evlənməyinə razılıq verməyiblər.
Gəlini “qızıl ovçusu” adlandıran bəyin ailəsi cütlüyü ayırmaq üçün əllərindən gələni ediblər.
Belə ki, gəlinə pul təklif ediblər, onu sosial şəbəkələrdə psixoloji təzyiqə məruz qoyublar.
Eyni zamanda bəyin anası Maupe toyu ləğv etmək üçün infarkt keçirmiş kimi davranaraq cütlükdən xəstəxana xərclərini ödəmələrini istəyib.
bütün etirazlara baxmayaraq evlənməl qərarından daşınmayan cütlüyə növbəti hücum toy günündə baş verib.
Bəyin ailəsindən olan 3 nəfər gəlinin paltarının üstünə qırmızı boya atıblar.