Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır. Son illərdə yüksək bal yığan tələbələrin çoxu təhsilini davam etdirmək üçün xaricə
Onlar daha yaxşı təhsil, geniş imkanlar və gələcəkdə yaxşı iş tapmaq üçün bu yolu seçirlər.
Amma bu vəziyyət həm də ölkədə təhsilin və iş imkanlarının yetərli olub-olmaması ilə bağlı suallar yaradır.
Tələbələr niyə çıxış yolunu xaricə üz tutmaqda görürlər? Təhsil üzrə ekspert Kamran Əsədov Qaynarinfo-ya bildirib ki, yüksək bal toplayan tə
Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ali məktəblərə qəbul imtahanında iştirak edən abituriyentlərin təxminən 20-25 faizi 50
Amma bu qrupun xeyli hissəsi yerli universitetlərdə oxumaq əvəzinə xarici ölkələrin ali təhsil müəssisələrinə üstünlük verir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda yaradılan Təhsil Tələbə Krediti Fondu təhsilin əlçatanlığını artırmaq məqsədi daşıyır, amma praktikada bu alətlər yüksək bal toplayan tələbələrin gözləntilərinə cavab vermir: “Çünki onlar sadəcə təhsil haqqını ödəmək imkanını deyil, həm də yüksək səviyyəli tədris mühiti, beynəlxalq tanınma, müasir laboratoriyalar, akademik mühit və məzun olduqdan sonra karyera təminatı gözləyirlər.
Təəssüf ki, Azərbaycan universitetlərinin əksəriyyətində bu imkanlar məhdud şəkildədir”.