Icma.az, Yeniavaz saytına istinadən bildirir. “Beyin axını müasir dövrün ən aktual problemlərindən biridir.
Bu fenomen həm fərdlərə, həm də cəmiyyətlərə müxtəlif mənfi təsirlər göstərir”.
Yeniavaz.com xəbər verir ki, bunu ilahiyyatçı Ağa Hacıbəyli özünün sosial şəbəkə hesabında yazıb.
O, beyin axınının qarşısını almaq üçün öz versiyalarını da yazıb: “Qurani-Kərimdə belə buyurulur: “Allah sizin aranızdan iman gətirənləri və elm verilmiş olanları yüksək dərəcələrə ucaldar”(Mücadilə, 11).
Haqqın ucaltdığı, yüksəltdiyi, elmi ilə fərqləndirdiyi zatların cəmiyyət içində xüsusi yeri var.
Lakin bu elm yalnız fərdi maraqlara deyil, bütövlükdə xalqın rifahına xidmət etməlidir.
Bir insanın öz bilik və bacarıqlarını başqa bir yerdə istifadə etməsi, ölkəsini nəzərə almaması fəlakətdir.
Beyin axınının qarşısını almaq üçün gənclərin öz ölkələrinə bağlılığını artırmaq, vətəni sevməyi öyrətmək fərzdir.