Beyin damarındakı laxtalanmadan 3 cü dəfə əməliyyat olunan Kadir İnanırın SON HALI

06.02.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Beyin damarındakı laxtalanmadan 3-cü dəfə əməliyyat olunan Kadir İnanırın son görüntüsü yayılıb. 

BAKU.WS xəbər verir ki, iş adamı Mithat Erdem hələ də müalicəsi davam edən aktyoru xəstəxanada ziyarət edib. Bu barədə o sosial şəbəkə hesabında bildirib. 

Mithat Kadirlə foto paylaşaraq "Can dostum Kadir İnanır... Daha gözəl günlərə..." sözlərini qeyd edib. 

Ötən ilin dekabrında isə 75 yaşlı sənətkarı "Süreç Film"in sahibi Ali Gündoğdu ziyarət etmişdi.

Xatırladaq ki, 2021-ci ildə Kadir İnanırın səhhətində problem yaranıb.

Aktyorun beyin damarında laxtalanma olub. O sonuncu dəfə ötən ilin martında xəstəxanaya yerləşdirilib. Bir sıra əməliyyatlar keçirən İnanırın müalicəsi indiyə qədər davam etdirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью