Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Çində narkotik asılılığının müalicəsi məqsədilə beyinlərinə neyroimplant yerləşdirilən bəzi pasiyentlər ağır və gözlənilməz nəticələrlə üzləşiblər.
"Ölkə.az" xəbər verir ki, rəsmi məlumatlara görə, implant tətbiq olunan 60 nəfərdən 9-da ciddi psixoloji və davranış pozuntuları qeydə alınıb.
Məlumata əsasən, 2021-ci ildə pasiyentlərin beynində həzz, motivasiya və asılılıq mexanizmlərinə cavabdeh olan nüvə akkumbens zonasına elektrodlar yerləşdirilib.
Texnologiyanı tətbiq edən şirkət bu stimulyasiyanın narkotik asılılığını azaltdığını iddia etsə də, real nəticələr tam fərqli olub.
Belə ki, əvvəllər heroin asılılığı olan şəxslərdən biri implantdan sonra kompulsiv qumar oynamağa başlayıb və qısa müddətdə 28 min dollar borca düşüb. Digər iştirakçılar reaksiyaların ləngiməsi, impuls nəzarətinin zəifləməsi və pornoqrafiyaya patoloji marağın artması kimi hallardan şikayət ediblər.
Daha qalmaqallı hadisədə isə implant yerləşdirilən pasiyentlərdən biri cinsi xarakterli təcavüzkar davranışlara görə cinayət məsuliyyətinə cəlb olunub. Mütəxəssislər bu cür dəyişikliklərin beynin həzz və impuls nəzarəti mərkəzinə birbaşa müdaxilə ilə bağlı ola biləcəyini bildirirlər.(musavat.com)