Beyin sizi aldadır Qərar anları üçün 5 saniyəlik üsul

03.02.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gündəlik həyatda yeni işə başlamaq, çətin bir e-poçt göndərmək və ya toplantıda söz almaq kimi məqamlar bir çox insan üçün daxili tərəddüdlə müşayiət olunur.

Ölkə.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu anlarda insan beyninin verdiyi “bir az da gözlə”, “indi uyğun vaxt deyil”, “hələ hazır deyilsən” kimi siqnallar əksər hallarda real təhlükədən deyil, vərdiş edilmiş qorxu mexanizmindən qaynaqlanır.

Amerikalı psixoloq və motivasiya mütəxəssisi Mel Robbins bu vəziyyətdən çıxış üçün “5 saniyə qaydası”nı təklif edir. Onun sözlərinə görə, beyindən gələn ilk impulsdan sonra insanın hərəkətdən vaz keçməsi üçün təxminən 5 saniyə vaxt lazımdır. Əgər bu müddət ərzində 5-dən geriyə sayaraq dərhal hərəkətə keçilsə, beyin müdaxilə etməyə imkan tapmır.

Robbins bildirir ki, bu üsul klassik motivasiya texnikası deyil, davranış mexanizmini dəyişən praktik bir yanaşmadır. Qaydanın tətbiqi nəticəsində insanlar özlərini tam hazır və ya güvənli hiss etməsələr belə addım ata bilir, cəsarət isə məhz bu hərəkətdən sonra formalaşır.

Mütəxəssis vurğulayır ki, əksər hallarda motivasiya hərəkətdən sonra yaranır, yoxsa ondan əvvəl deyil.

Psixoloqların qənaətinə görə, bu metod xüsusilə qərar verməkdə çətinlik çəkən, təxirəsalmanı vərdişə çevirən insanlar üçün effektiv hesab olunur və gündəlik həyatda sadə, lakin təsirli psixoloji alət kimi istifadə oluna bilər.
Miri
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью