Bəyin toy günü maşını aşdı Azərbaycanda

04.06.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

Ölkə.Az-ın "Report"a istinadən məlumatına görə, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və iki sərnişini yüngül xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzullayevin bu gün toyudur. O, Xaçmaz kəndində qız toyunda iştirak etməli idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью