Icma.az, Medicina portalına istinadən məlumat yayır.
Alimlər qlioblastoma xəstələrinin ömür uzunluğunu proqnozlaşdıra bilən bir qan testi hazırlayıb.
Medicina.az xəbər verir ki, Pensilvaniya Universitetinin alimləri amerikalı siyasətçi Con Makkeyn, məşhur rus opera müğənnisi Dmitri Hvorostovski, satirik Mixail Zadornov və aktrisa Janna Friskenin həyatına son qoyan aqressiv beyin şişi növü qlioblastoma xəstələrinin qanını test ediblər.
Diaqnoz qoyulduqdan sonra belə xəstələrin orta ömür uzunluğu 15-16 aydır. Lakin qanında hüceyrəsiz DNT fraqmentlərinin (cfDNA) səviyyəsi yüksək olanlarda bu səviyyə ən aşağı səviyyəli olanlarla müqayisədə yarıya qədər artır.
Bundan əlavə, bu qan testləri ən davamlı şişlərin inkişafına səbəb olan mutasiya əlamətlərini aşkar edə bilər.
Bu, nəzəri olaraq həkimlərə müalicəni dəqiqləşdirməyə kömək edə bilər. Məsələn, eksperimental terapiyalar bəzi xəstələrdə, o cümlədən qlioblastoması skanlarda tamamilə aşkarlanmayan 30 yaşlı amerikalı Amanda Consonda şişləri kiçiltmişdir.
Şiş mutasiyalarının izlənməsi onkoloqlara hədəflənmiş müalicələrin hazırlanmasına kömək etməlidir. Bu, hər bir xərçəngi unikal edəcək və bu da unikal müalicələrin hazırlanmasına kömək edəcək.
Aygün Musayeva