Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir

23.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"İndi də sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Səhifələr açıb guya xəstə uşaqları üçün pul yığırlar. Status yazan kimi bütün şərhlərin altında yazıb pul istəyirlər: "qara siyahı"ya atırsan, səhəri başqa səhifədən yazırlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi sosial şəbəkədə pul yığanları tənqid edib:

"Belələrinin üzündən real ehtiyacı olanlara da kömək etmək istəmir heç kəs. Bəsdirin də... Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir elə bil. Hər gün nə qədər insan aldadılır: hərəsi də bir bəhanə ilə".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью