Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlər Daxili İşlər Orqanlarının bütün strukturlarında davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir Beyləqan Regional Mühafizə Şöbəsində keçirilib.
Tədbirdə şöbənin rəhbərliyi və şəxsi heyəti iştirak edib. Şəhidlərimizin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. Daxili İşlər Nazirliyi əməkdaşlarından Vətən müharibəsində 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.
Şöbə rəisi, polis polkovnik-leytenantı Araz Cavadov sakinlərlə görüşüb, onları narahat edən məsələləri dinləyib. Azərbaycan Ordusunun və Daxili İşlər Orqanlarının Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb.
Səfər
bax.tvhttps://bax.tv/embed/228601.html