Beyləqanda 15 yaşlı qıza əxlaqsız hərəkət etdilər: dərhal tutuldular

11.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью