Beyləqanda ağır qəza Ata öldü, oğul yaralandı

31.07.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Əliyev Şəfa Süleyman oğlu hadisə yerində ölüb.

Qəza zamanı onun oğlu, 1997-ci il təvəllüdlü Əliyev Əlizamin Şəfa oğlu, həmçinin 1988-ci il təvəllüdlü Həsənov Həsən Əbilqasım oğlu və 1979-cu il təvəllüdlü Məmmədov Zəfər Gülmirzə oğlu ağır xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью