Beyləqanda ağır qəza: Ata və oğul öldü

06.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beyləqanda yük və minik avtomobilləri toqquşub.

"Unikal" xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Xalac-Aşıqalılar kənd yolunda qeydə alınıb.

Emin Həziyevin idarə etdiyi "Niva" markalı avtomobil "Qazel" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "Niva"nın sürücüsü və avtomobildə olan oğlu Rəvan Həziyev ölüb. "Qazel"in sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью