Beyləqanda ağır qəza: ata və oğul ölüb

06.12.2024

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Qəza Xalac-Aşıqalılar kənd yolunda qeydə alınıb

Beyləqan rayonu ərazisində yük və minik avtomobilləri toqquşub.

AYNA Azərtac-a istinadən xəbər verir ki, qəza ötən gün gecə saatlarında Beyləqan rayonunun Xalac-Aşıqalılar kənd yolunda qeydə alınıb.

Emin Həziyevin idarə etdiyi "Niva" markalı avtomobil və Elmdar Qafarovun sükan arxasında olduğu "Qazel" markalı yük maşını toqquşub.

Qəza nəticəsində "Nivan"nın sürücüsü və avtomobildə olan oğlu Rəvan Həziyev ölüb. "Qazel"in sürücüsü isə yüngül xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью