Beyləqanda AĞIR QƏZA: Hyundai idarəetmədən çıxaraq AĞACA ÇIRPILDI VİDEO

02.04.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avtosfer.az-a verilən məlumata görə, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bildirilib ki, “Hyundai” markalı minik avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyənləşib.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü sürücü Xəqani Xaliqəddin oğlu Quliyev xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью