Beyləqanda AĞIR QƏZA: İran vətəndaşları xəsarət aldı

24.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən hadisə səbəbi ilə beş nəfər (kişi) sentyabrın 22-də saat 18:00-da Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə Beyləqan rayonunun Sarısu qəsəbəsi ərazisində baş verib. Xəsarət alanların İran İslam Respublikasının vətəndaşları olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью