Beyləqanda ağır qəza: ölənlər var

06.12.2024

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Beyləqanda iki avtomobil toqquşub.

Axar.az xəbər verir ki, Emin Bəxtiyar oğlu Həziyev idarə etdiyi "VAZ-21214 Urban" markalı avtomobillə Aşqallar kəndi ərazisində Elmidar Sahib oğlu Qafarovun idarə etdiyi QAZ-330210 markalı avtomobillə toqquşub.

Nəticədə E.Qafarov, digər sürücü E.Həziyev hadisə yerində və həmin avtomobildə olan sərnişin Rəvan Elmin oğlu Həziyev aldığı xəsarətlərdən Beyləqan rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью