Beyləqanda ağır qəza: sürücü öldü

07.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Beyləqanda baş verən qəza zamanı sürücü ölüb.

Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza hadisəsi rayon ərazisində qeydə alınıb.

Rayon sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğulu idarə etdiyi "VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn "Ford" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü S.Kərimov və avtomobildə olan qızı 1996-cı il təvəllüdlü Muradova Aytən Seymur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq sürücü S.Kərimov xəstəxanada həyatını itirib. Onun qızı A.Muradova isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb

Faktla bağlı araşdırma aparılır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью