Beyləqanda ata və 8 yaşlı oğlu qəzada öldü

06.12.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beyləqanda ata və 8 yaşlı oğlu qəzada öldü

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi "VAZ 21214 Urban" markalı avtomobillə Elmidar Qafarovun sürdüyü "QAZ 33 0210" toqquşub.

Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə olan 8 yaşlı oğlu Rəvan isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью