Beyləqanda avtomobil beton maneəyə çırpılıb

27.08.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.

XQ xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью