Beyləqanda avtomobil daş lövhəyə çırpılıb: Sürücü ölüb

01.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью