Beyləqanda bazarda yanğın

14.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beyləqanda bazar ərazisində yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью