Beyləqanda bədbəxt hadisə Qadın kanalda batdı

15.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Beyləqanda kanalda batma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun “Görüş” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, kanalda batan şəxsin qadın olduğu bildirilir. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. 

Hazırda faktla bağlı araşdırma aparılır, axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью