Beyləqanda bir ayda 47 nəfəri it dişləyib

04.02.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Beyləqanda son bir ayda 47 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, müraciət edənlər arasında həm uşaqlar, həm də yuxarı yaşlı sakinlər var.

Həkimlər bildirirlər ki, dişləmə nəticəsində yaranan xəsarətlər vaxtında tibbi müdaxilə ilə müalicə olunur.

Mütəxəssislər vətəndaşları heyvanlarla təmas zamanı diqqətli olmağa çağırır, dişləmə və ya xəsarət hallarında dərhal tibbi yardım üçün səhiyyə müəssisəsinə müraciət etməyi tövsiyə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью