Beyləqanda DƏHŞƏTLİ QƏZA: 2 nəfər yerindəcə keçindi

28.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Beyləqanda ölümlə nəticələnən ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Birinci Aşıqlı kəndində baş verib.

44 yaşlı Səfərov Elşən Yamən oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili qarşıdan gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınındakı sərnişinlər - 54 yaşlı Qarayev Elşən Salman oğlu və 29 yaşlı Məhərrəmov Elqayım Allahverən oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Məmmədov Sənan Nizami oğlu isə ağır xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью