Beyləqanda dələduzluq: Stomatoloq həbs olundu

02.09.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beyləqanda həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Həkim rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub. Marqarita pizza

F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью