Beyləqanda dərmandan zəhərlənərək ölən uşaqla bağlı TƏBİB dən AÇIQLAMA

19.02.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

18.02.2025-ci il tarixində saat 22:00 radələrində Beyləqan rayonunda dərman zəhərlənməsi şübhəsilə 1 nəfər azyaşlı uşaq (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirlər görülüb.

"Təəssüf ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq 19.02.2025-ci il saat 01:15-də azyşalının ölüm faktı qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью