Beyləqanda fərdi yaşayış evi yanıb

29.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Beyləqan, 29 may, AZƏRTAC

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью