Beyləqanda iki avtomobil toqquşub

30.10.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyləqanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Belə ki, “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью